...

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN İSTİNTAQ TƏCRİDXANASINA BAXIŞ KEÇİRİLİB

Siyasət Materials 5 İyul 2005 18:20 (UTC +04:00)

Azərbaycan Respublikasının insan hüquqları üzrə Ombudsman Aparatının əməkdaşları iyulun 5-də AR Milli təhlükəsizlik nazirliyinin istintaq təcridxanasına baxış keçirib.

Ombudsman Aparatının mətbuat xidmətində Trend agentliyinə bildirilib ki, təcridxanaya baxış cari ilin iyunun 11-də həbs olunmuş Pirəli Orucovun hüquqlarının müdafiəsi ilə bağlı müraciətə cavab olaraq keçirilib.

Baxış çərçivəsində Ombudsman Aparatının əməkdaşları təcridxanada saxlanılma şəraiti ilə tanış olmuş və Pirəli Orucovla təkbətək söhbət etmişlər. P.Orucov qeyd edib ki, MTN-nin təcridxanasında saxlanılma ilə bağlı heç bir şikayəti yoxdur və ona qarşı fiziki güc tətbiq etmək üçün heç bir cəhd olmayıb.

Eyni zamanda P. Orucov qeyd edib ki, ona qarşı cinayət işi əsassız olaraq qaldırılıb və istintaq qeyri-obyektiv aparılır.

Qeyd edək ki, AR insan hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Baş prokuror Zakir Qaralova həmin məsələnin hərtərəfli araşdırılması və müvafiq tədbirlər görülməsi ilə bağlı müraciət edib.

Xəbər lenti

Xəbər lenti