...

İSLAM KONFRANSI TƏŞKİLATI XİN BAŞÇILARININ BAKI TOPLANTISININ TARİXİ İYULUN SONUNDA BƏLLİ OLACAQDIR

Siyasət Materials 5 İyul 2005 21:05 (UTC +04:00)

"İslam Konfransı Təşkilatı(İKT) xarici işlər nazirlərinin gələn il Bakıda keçiriləcək 33-cü toplantısının dəqiq vaxtı iyul ayının sonunadək müəyyənləşdiriləcəkdir". Bu haqda xarici işlər naziri Elmar Məmmədyarov Trend ə verdiyi müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, hazırda xüsusi işçi qrupu görüşün vaxtının dəqiqləşdirilməsi üzərində iş aparır.

Qeyd edək ki, İKT xarici işlər nazirlərinin növbəti toplantısının Bakıda keçirilməsi haqda qərar XİN başçılarının bu günlərdə Yəməndə öz işini başa çatdırmış toplantısında qəbul edilmişdir.

Xatırladaq ki,İKT xarici işlər nazirlərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı təklifi dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində Səudiyyə Ərəbistanına səfəri zamanı İKT-nin baş katibi ilə görüşündə səsləndirilmişdir.

Xəbər lenti

Xəbər lenti