...

LİBERALLAR DA "QƏLƏBƏ"DƏ MİTİNQ KEÇİRƏCƏKLƏR

Siyasət Materials 6 İyul 2005 11:46 (UTC +04:00)

İyulun 30-da Azərbaycan Liberal Partiyası (ALP) Dövlət Film Fondunun (keçmiş "Qələbə" kinoteatrı) qarşısındakı meydanda mitinq keçirəcəkdir. Bu haqda ALP-nin İcrayyə Komitəsinin sədri Əvəz Temirxan Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, mitinqdə hakimiyətdən qarşıdakı parlament seçkilərinin demokratik keçirilməsini təmin etməyi tələb edən şuarlar səsləndiriləcəkdir.

"Hələlik mitinqə digər siyasi partiyaların qatılması ilə bağlı məsələ ALP rəhbərliyində müzakirə edilməmişdir. Hesab edirəm ki, noyabrın 6-a planlaşdırılmış parlament seçkilərinin azad və şəffaf keçirilməsində maraqlı olan demokratik düşərgənin bütün təmsilçiləri liberalların mitinqinə dəstək verəcəklər",- deyə Əvəz Temirxan vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti