...

ATƏT AZƏRBAYCANDA "PULLARIN YUYULMASI VƏ TERRORÇULUQ MALİYYƏLƏŞDİRİLMƏSİ İLƏ MÜBARİZƏ" MÖVZUSUNA DAİR SEMİNARLAR KEÇİRƏCƏK

Siyasət Materials 6 İyul 2005 13:16 (UTC +04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat (ATƏT) BMT-nin narkotik maddələr və cinayətkarlıq üzrə idarəsi (UNODC) ilə birlikdə Bakıda "Pulların yuyulma faktlarının aradan qaldırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə" mövzusunda bir sıra seminarlar keçirəcək.

Trend agentliyinin verdiyi məlumata əsasən, bu qərar iyulun 5-də Vaşinqtonda ATƏT-in Parlament Assambleyasının illik sessiyasında qəbul edilmiş yekun bəyannamənin mətninə ayrıca bənd kimi daxil edilib.

Sənəddə qeyd edilir ki, ATƏT gələcəkdə də pulların yuyulması üzrə Qlobal Proqramın həyata keçirilməsi məqsədi ilə UNODC-nın fəaliyyətini dəstəkləyəcək, həmçinin bir sıra keçmiş sovet ölkələrində, o cümlədən Azərbaycanda bu mövzuya dair seminarlar keçirəcək.

Pulların yuyulmasının qarşısının alınması terrorçuluğun maliyyələşdirilməsi, narkotiklərlə qanunsuz alver, mütəşəkkil cinayətkarlıq, korrupsiya və vergilərdən yayınma ilə iri miqyaslı mübarizənin bir hissəsi olduğu qeyd olunub.

Qətnamədə pulların yuyulması ilə məşğul olan şəxslərin və qrupların aşkar edilməsi və cəzalandırılması, həmçinin hər cür iqtisadi cinayətlərin təqib edilməsi məqsədi ilə fəal istintaq tədbirlərinin əhəmiyyəti xüsusi ilə vurğulanır.

Xəbər lenti

Xəbər lenti