...

"AZADLIQ" BLOKUNUN LİDERLƏRİ İQBAL AĞAZADƏNİN BLOKA QOŞULMASINA DAİR RAZILIĞA GƏLMƏYİBLƏR

Siyasət Materials 6 İyul 2005 15:49 (UTC +04:00)

Ümid Partiyası qarşıdan gələn parlament seçkisində iştirakla bağlı heç bir seçki blokuna qoşulmayacaq. Trend in məlumatına görə, bu barədə məlumat verən partiyanın sədri İqbal Ağazadə bildirib ki, o, "Azadlıq" seçki blokuna qoşulmaq üçün müraciət edib.

Lakin blokda təmsil olunan üç partiyadan bu müraciətə cavab verilmir. İqbal Ağazadənin sözlərinə görə, "Azadlıq"dakı partiyaların liderləri öz aralarında müzakirələr zamanı Ümid Partiyasının bloka qoşulması barədə razılığa gəlməyiblər.

İ.Ağazadə onu da bildirib ki, 31 saylı Xətai seçki dairəsindən namizədliyini irəli sürəcək. Onun sözlərinə görə, elə həmin dairədən namizədliyini irəli sürməyə qərar vermiş AXCP sədri Əli Kərimli İqbal Ağazadənin seçimindən sonra 31 saylı Xətai seçki dairəsindən namizədliyini geri götürüb.

Xəbər lenti

Xəbər lenti