...

ARAZ ƏLİZADƏ: MÜXALİFƏTİN BOYKOT OYUNLARINDA İŞTİRAK ETMƏYƏCƏYİK

Siyasət Materials 6 İyul 2005 18:07 (UTC +04:00)

"Müxalifət partiyaları seçkilərin demokratik keçirilməyəcəyini indidən bilməli və seçkini hamılıqla boykot etməlidir". Trend in məlumatına görə, bu fikirləri Vəhdət Partiyasının sədri Tahir Kərimli səsləndirib. Onun fikrincə, parlament seçkisi demokratik keçirilməyəcək.

Buna görə də müxalifət qüvvələri hamısı eyni mövqedən çıxış edərək seçkini aktiv boykot yolunu tutmalıdır. T.Kərimli özünün seçkidə namizədliyini irəli sürməsini isə müxalifətin yekdilliklə bu fikri dəstəkləməməsi və seçkidə iştirak etməsi ilə əsaslandırıb.

Vəhdət Partiyası ilə bir qurumda - Azərbaycançı Qüvvələr Birliyində təmsil olunmuş Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə bildirib ki, onlar seçkinin boykot edilməsi fikri ilə razılaşmır. Onun sözlərinə görə, ASDP-nin Mərkəzi Komitəsi

Bütün seçkilərdə iştirak etməyə dair qərar çıxarıb. Ona görə də bu partiya seçkidə boykot yolunu tutmayacaq. Araz Əlizadə ASDP-nin bu qərarını həm də onunla əsaslandırıb ki, müxalifət partiyaları seçkidə atacaqları addımla bağlı bir araya gəlib razılaşır, sonra isə öz razılaşmalarına əməl etmirlər.

"2000-ci ildə keçirilən parlament seçkisi təcrübəsi də göstərdi ki, müxalifət partiyaları öz imzalarına, vədlərinə sadiq qalmırlar. O zaman 21 partiya yığışıb seçkini boykot etməyə qərar verdi, lakin elə birinci Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, sonra ardınca digərləri seçkiyə getdilər. Yalnız Azərbaycançı Qüvvələr Birliyində təmsil olunan partiyalar öz imzasına sadiq qaldı. Ona görə də biz yenidən müxalifətin belə oyunlarında iştirak etməyəcəyik"-deyə A.Əlizadə bildirib.

Xəbər lenti

Xəbər lenti