...

AĞDAŞDA YENİ OLİMPİYA KOMPLEKSİ TİKİLƏCƏK

Siyasət Materials 7 İyul 2005 13:53 (UTC +04:00)
AĞDAŞDA  YENİ OLİMPİYA KOMPLEKSİ TİKİLƏCƏK

Ağdaşda yeni müasir Olimpiya komleksi tikiləcək. Trend agentliyinin məlumatına görə, bu barədə iyulun 7-də Azərbaycan prezidenti İlham Əliyev Ağdaşda stadionda yerli sakinlər qarşısında çıxış edərkən bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan rayonlarının inkişafına böyük diqqət ayrılmalıdır.

Prezidentin qeyd etdiyinə görə, ötən ilin fevralında Azərbaycanın rayonlarının inkişafı ilə bağlı proqram təsdiq edilib və bu proqram layihəsi uğurla həyata keçirilir. "Bu gün Azərbaycanın maliyyə imkanları var. 2005-ci ilin büdcəsi 2004-cü ilin büdcəsindən 40% çoxdur və bu yaxınlarda 2006-cı ilin büdcəsinə baxılacaq və mən hökumət qarşısında onun ötən illə müqayisədə artırılması barədə tapşırıq vermişəm", - deyə İ. Əliyev bəyan edib.

Ağdaşın problemlərindən danışarkən prezident qeyd edib ki, rayonda yeni yollar tikilməlidir və Bakıya qayıdarkən müvafiq fərman verəcəyini bildirib. O bildirib ki, Ağdaşın elektrik enerjisi, qaz və su təminatı üzrə məsələlər müsbət həll olunmaqdadır. İ.Əliyev qeyd edib ki, o, Ağdaşa səfərindən razı qalıb və həqiqətən rayonun inkişaf etdiyinə əmin olub.

Xəbər lenti

Xəbər lenti