...

BARMEK AZERBAYCAN MÜQAVİLƏNİN LƏĞVİNƏ DAİR AZƏRBAYCAN HÖKUMƏTİNDƏN XƏBƏRDARLIQ ALMAYIB

Siyasət Materials 7 İyul 2005 16:23 (UTC +04:00)
BARMEK AZERBAYCAN MÜQAVİLƏNİN LƏĞVİNƏ DAİR AZƏRBAYCAN HÖKUMƏTİNDƏN XƏBƏRDARLIQ ALMAYIB

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkəsinin operatoru) müqavilənin ləğv edilməsinə dair Azərbaycan hökumətindən hər-hansı bir xəbərdarlıq almayıb.

Bu barədə Trend agentliyinə Barmek Azerbaycan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıvepdi Mustafayev Azerenerji ASC-nin prezidenti Etibar Pirverdiyevin bu məsələ üzrə bugünkü bəyanatını şərh edərkən bildirib.

" Bizim Azərbaycan hökuməti və Azerenerji ASC ilə yaxşı münasibətlərimiz var və bizim aramızda heç bir problem yoxdur " -deyə o bildirib.

T.Mustafayev qeyd edib ki, Azərbaycan hökuməti ilə imzalanmış müqavilənin 5.3.2 bəndinə və "Bakıelektrikşəbəkə" idarəsi ilə bağlanmış müqavilənin 9.3.3 bəndinə əsasən dövlət birinci dərəcəli abunəçilərin ödəmədiyi vəsaitlərin əvəzini verməlidir.

"Biz işimizi bu müqaviləyə müvafiq olaraq həyata keçiririk.Hazırda şirkətin prezidenti Hüseyn Arabul Türkiyədədir, amma biz ona bu məsələ ilə bağlı məlumat vermişik " -deyə şirkətin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti