...

İYULUN 5,6 VƏ 7-DƏ BAŞ VERMİŞ HADİSƏLƏR

Siyasət Materials 7 İyul 2005 16:34 (UTC +04:00)

Respublikanın Daxili İşlər Nazirliyindən (DİN) Trend ə verilən məlumata görə, iyulun 5-də saat 22.00 radələrində Quba rayonunun Zıxır kənd orta məktəbinin həyətində həmin kəndin sakini 1985-ci ildə anadan olmuş təvəllüdlü Sahib Almaz oğlu Tarıverdiyev məişət zəminində baş vermiş münaqişə zamanı məktəbin müəllimi, 1980-ci ildə anadan olmuş Elçin Əzməmməd oğlu Babayevi qətlə yetirib.

İyulun 6-da saat 8.00 radələrində Ağcabədi rayonunun Alxaslı fermasının ərazisində Laçın rayonunun sakinləri Nəsib Aydın oğlu Məmmədov və onun qardaşı, 1987-ci ildə anadan olan Zaur və ruhi xəstə, 1970-ci ildə anadan olmuş Camal məişət zəminində yaranmış münaqişə zəminində bir-birlərinə çoxsaylı bıçaq zərbələri endiriblər. Nəticədə Camal və Zaur aldıqları yaralardan yerindəcə keçiniblər, Nəsib isə xəstəxanaya aparılıb.

Xəbər lenti

Xəbər lenti