...

AŞPA-NIN MƏRUZƏÇİLƏRİ QAZAXDA GÖRÜŞ KEÇİRMİŞLƏR

Siyasət Materials 7 İyul 2005 17:58 (UTC +04:00)

AŞPA-nın həmməruzəçisi, Seçki monitorinq qrupunun rəhbəri Andreas Qross və onun rəhbərlik etdiyi nümayəndələrin respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Qazaxda olmuşlar. Trend in bölgə müxbirinin xəbər verdiyi kimi, rayonda onların üç görüşü olub.

İlk görüşü şəhər İcra hakimiyyətində icra başçısı Rauf Hüseynovla olub. Müzakirə mövzusu parlament seçkiləri öncəsi Qazaxdakı seçki hazırlıq prosesi barədə olmuşdur .

Rayon üzrə bütün dairə və seçki məntəqələrində seçki prosesi hazırlığı haqqında məlumat verilib. İkinci görüş rayondakı müxtəlif siyasi partiyaların rəhbəlrləri ilə olmuşdur. Görüşdə "Yeni Azərbacan" partiyası, AXCP (islahatçılar), AMİP, və Müsavat partiyasının Qazax rayon təşkilatlarının rəhbərləri qatıllıb. Tədbirdə hər bir partiya təmsilçisi mövqeyini bildirmiş, üzləşdikləri problemlərdən danışmışlar.

A.Qross çıxışında öncə ölkə rəhbəri tərəfindən bu yaxında imzalanmış "Respublikada seçki praktikasının təkmilləşdirilməsi haqqında" sərəncamının müsbət əhəmiyyətindən danışıb və bu sərəncamın ölkədə şəffaf, demokratik seçkilərin keçirilməsi yolunda müsbət addım hesab edib.

Qonaq ötən prezident seçkilərində müşahidə olunmuş saxtakarlıqların baş verməməsi üçün istər iqtidar, istərsə də müxalifət tərəflərinin fəallıq göstərməsini vacib faktor hesab edir.

Sonra o, ötən seçkilərdən fərqli olaraq bu parlament seçkilərində siyasi əhəmiyyət kəsb edən böyük məntəqələrdə exzitpol prosesinin tətbiq ediləcəyi və bu prosesin gözlənilə bilən neqativ halların qarşısını ala biləcəyini vurğulayıb.

O, bir məsələyə də toxunmuşdur. Parlamentdə ən azı 25 müxalifət partiyasının nümayəndəsi təmsil olunmalıdır və bu haqda təkliflərini prezidentə və Mərkəzi seçki komissiyasına bildirdiyini və təklifə müsbət cavab aldığını bildirdi.

Üçüncü görüş yerli QHT-lə olmuşdur. Tədbirdə təxminən 10-na qədər iştirakçı var idi. Həmin QHT nümayəndələri bu ilki seçki prosesində seçki məcəlləsində müşahidəçi qismində iştirak etməyəcəklərinin əks olunmasını narazılıqla qarşıladılar.

Onlar müstəqil bir təşkilat kimi bu seçkilərdə şəffaflığın təmin olunmasında rollarını daha yüksək qiymətləndirdi. A.Qros bu problemə münasibət bildirərək bununla bağlı tövsiyələrini bir ay öncə müvafiq təşkilatlara ünvanlandırdığını, lakin müsbət cavab alınmadığını bildirmişdir. O, bu ideyanı hazırki Seçki məcəlləsinin çatışmayan cəhəti adlandırmışdır.

Axşam saatlarında A.Qross Gəncəyə dönəcək. Helsinki vətəndaş assambleyasının bölgə nümayəndəliyində 3-4 görüş keçiriləcək. Görüşlər siyasi partiyalar, qadın təşkilatları, yerli QHT və KİV vasitələri ilə olacaqdır.

Xəbər lenti

Xəbər lenti