...

XEYKİ TALVİTİE: SEÇKİQABAĞI VƏZİYYƏT VƏ DAĞLIQ QARABAĞ PROBLEMİ AZƏRBAYCAN ÜZRƏ HESABATIN ƏSAS MÖVZUSU OLACAQ Müsahibə

Siyasət Materials 8 İyul 2005 11:22 (UTC +04:00)
XEYKİ TALVİTİE: SEÇKİQABAĞI VƏZİYYƏT VƏ DAĞLIQ QARABAĞ PROBLEMİ AZƏRBAYCAN ÜZRƏ HESABATIN ƏSAS MÖVZUSU OLACAQ
Müsahibə

Avropa Şurasının (AŞ) xüsusi nümayəndəsi Xeyki Talvitie Bakıya ikigünlük səfərinin nəticələrinə görə əsas mövzusu Azərbaycanda seçkiqabağı vəziyyətin gözdən keçirilməsi və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin olacağı hesabat hazırlayır. Bu barədə Xeyki Talvitie Trend" agentliyinə eksklüziv müsahibəsində bildirib.

Onun sözərinə görə, hesabatda onun Azərbaycanın hakim strukturlarının nümayəndələri, həmçinin müxalifət liderləri və respublikanın qeyri-hökumət təşkilatları ilə apardığı danışıqların nəticələri öz əksinin tapacaq. "Dağlıq Qarabağ probleminin tənzimlənməsi məsələsi də hesabata daxil ediləcək", - deyə, o bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Varşavada baş tutmuş görüşlərini yüksək qiymətləndirən X. Talvitie bu görüşün hər iki ölkənin xarici işləri nazirlərinə verilmiş tapşırıqlar dairəsini genişləndirməyə imkan verdiyini bildirib.

AŞ nümayəndələrinin noyabrda Azərbaycanda keçiriləcək seçkilərin monitorinqində iştirakları məsələsinə toxunaraq, X.Talvitie bildirib ki, Avropa Şurası Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Təşkilatdan (ATƏT) dəvət gözləyir, belə ki, avropalı ekspertlər ATƏT-in müşahşidə qrupunun tərkibinə daxil olacaqlar.

AŞ-in xüsusi nümayəndəsi həmçinin onu da qeyd edib ki, onun sentyabrın sonuna nəzərdə tutulmuş Bakıya növbəti səfərində o, Azərbaycanın regionlarına baş çəkmək niyyətindədir. "Gələn dəfə mən Bakıda seçkiqabağı monitorinqlə kifayətlənməyəcək və respublikanın müxtəlif regionlarına baş çəkəcəyəm", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti