...

SƏRDAR CƏLALOĞLUNUN ÜZƏRİNDƏN MƏHKUMLUQ GÖTÜRÜLÜB

Siyasət Materials 8 İyul 2005 13:30 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlunun üzərindən məhkumluğu götürülüb. Trend in məlumatına görə, iyulun 8-də Nəsimi rayon məhkəməsində hakim Tapdıq Mahmudovun sədrliyi ilə keçirilən iclasda S.Cəlaloğlunun iddiasına baxılıb. ADP funksionerinin üzərindən məhkumluğun götürülməsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, 2003-cü il prezident seçkisindən sonra baş verən hadisələrlə əlaqədar həbs olunmuş və 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Sərdar Cəlaloğlu bu il mart ayında əfv fərmanı ilə azadlığa çıxıb. O, Nəsimi rayon məhkəməsin müraciət edərək üzərindən məhkumluğun götürülməsinə dair iddia qaldırmışdı.

Xəbər lenti

Xəbər lenti