...

AZƏRBAYCANIN DİN XADİMLƏRİ VƏ ALİMLƏRİ LONDONDA BAŞ VERMİŞ TERROR AKSİYALARINI KƏSKİN SURƏTDƏ PİSLƏYİRLƏR

Siyasət Materials 8 İyul 2005 14:24 (UTC +04:00)

Azərbaycanın din xadimləri və alimləri Londonda törədilmiş terror aksiyalarını kəskin surətdə pisləyirlər. Bu barədə Trend agentliyinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir bildirib.

"Hələ 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra biz dinc insanlara qarşı yönəldilmiş terror fəaliyyətinə mənfi münasibət bəsləmişik və indi də bu mövqedən çıxış edirik. İslam dini bəşəriyyətə qarşı yönəldilmiş terror fəaliyyətini, qanlı aksiyaları pisləyir. İslam pərdəsi arxasında gizlənərək insan həyatına qəsd Quranda ən böyük günah hesab edilir", - deyə, alim bildirib. Onun sözlərinə görə İslamın terrorla heç bir əlaqəsi yoxdur və ola da bilməz, islam sülh və sevgi dinidir.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara əsasən, Böyük Britaniyanın paytaxtında baş vermiş partlayışlara görə məsuliyyti Avropada özlərini "Gizli təşkilat" adlandıran Al-Kaida öz üzərinə götürüb.

CNN-in rəsmi şəxslərə istinadən verdiyi məlumata görə, Londonda Kings Cross metro stansiyasında baş vermiş partlayış zamanı 12 nəfər adam ölüb. Əvvəlki məlumatlarda isə Aldgate stansiyası yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfərin öldyüyü bildirilirdi. Beləliklə, son məlumatlara əsasən 38 nəfər həlak olub, təxminən 700 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti