...

"GƏNC AZƏRBAYCAN-YENİ ADLAR" SEÇKİ BLOLKU TƏHSİL NAZİRİNDƏN TƏHSİL SİSTEMİNDƏKİ RÜŞVƏTƏ SON QOYULMASINI TƏLƏB EDİR

Siyasət Materials 8 İyul 2005 15:35 (UTC +04:00)

"Gənc Azərbaycan-yeni adlar" seçki bloku təhsil naziri Misir Mərdanova müraciət edərək ali təhsil ocaqlarında rüşvətin dözülməz hala çatmasının qarşısını almağı, bu işdə günahkar olan rəhbər işçilərin cəzalandırılmasını tələb edib. Trend in məlumatına görə, seçki bloku təhsil sahəsində mövcud nöqsanlarla bağlı bəyanat qəbul edib.

Bəyanatda bildirilir ki, ölkədə təhsili iflic vəziyyətə salan korrupsioner şəxslərin özbaşınalığına təcili son qoyulmalı, əlaqəldar strukturlar təcili şəkildə təxirəsalınmaz tədbirlər görməli, həddini aşan rektorlar cəlanmalıdır. Seçki bloku hesab edir ki, ali məktəblərdə bu kimi özbaşınalıqlara qarşı mübarizə aparmaq üçün universitetlərdə tələbə özünüidarəetmə strukturunun işi gücləndirilməlidir.

Blokun bəyanatında vurğulanır ki, təhsil sistemindəki nöqsanlar, rüşvət, korrupsiya halları dövlət başçısı tərəfindən həyata keçirilən dövlət quruculuğu siyasətinə mane olur, ölkəmizin genefondunu ilbəil məhv edir.

Qeyd edək ki, "Gənc Azərbaycan-yeni adlar" seçki bloku Təhsil Nazirliyinə ünvanlanan bu müraciəti tələbə gənclərlə keçirilən görüşdən sonra qəbul edib. Tələbələr təhsil aldıqları müəssisələrdə rüşvət halları, onlara edilən təzyiqlər barədə seçki blokunun üzvlərinə məlumat veriblər.

Bəzi universitetdə dözülməz rüşvətxorluq mühitindən şikayət edən tələbələr ali məktəbdən xaric olmaq təhlükəsi qarşısında qalır.

Seçki bloku belə hallara qarşı etiraz müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti