...

ABİTURİYENTLƏRİN SƏNƏD QƏBULU PROSESİ GƏNCƏDƏ DƏ YEKUNLAŞIB

Siyasət Materials 8 İyul 2005 15:42 (UTC +04:00)

Ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlərin sənəd qəbulu prosesi TQDK-nın yerli Sənəd Qəbulu Komissiyasında (SQK) Gəncədə iyunun 22-də başlanılıb və bu il iyulun 7-də başa çatdırılıb. Bir neçə il öncə orta məktəbi qurtaran, ali təhsil almaq istəyənlərin sənəd qəbulu isə iyunun 30-da başa çatıb.

Sözügedən komissiyadan aldığımız məlumata görə, bütün Gəncə üzrə bu il orta məktəbi qurtaran 3600 məzundan 2900 nəfəri sənədlərini SQK-ya təqdim edib. Sözügedən məlumat Trend nümayəndəsinə SQK-nın üzvü Nazim Verdiyev tərəfindən verilib. Onun sözlərinə görə ötən illər orta məktəbi bitirmiş məzunlardan bu il SQK-na 1500 nəfəri sənəd verib.

Ötən il ümumilikdə 3950 nəfər abituriyent sənəd vermişdisə, bu il bu rəqəm artaraq 4400-ə çatıb. Bu da ildən-ilə ali təhsil almaq istəyənlərin sayının artdığını göstərən mühüm faktdır.

N.Verdiyev III qrupda əvvəlki illərdə müşahidə olunan sıxlığın bu il də dəyişməz olaraq qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti