...

AMDP MİLLİ MƏCLİS QARŞISINDA MİTİNQ KEÇİRƏCƏK

Siyasət Materials 8 İyul 2005 15:54 (UTC +04:00)

İyulun 23-də Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Milli Məclis qarşısında mitinq keçirəcəkdir. Bu haqda AMDP-nin sədri İsgəndər Həmidov Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, mitinqə Böyük Quruluş, Vətəndaş Həmrəyliyi, eləcə də digər partiyaların nümayəndələri qatılacaqlar.

"Mitinqi Milli Məclis qarşısında keçirməkdə əsas məqsədimiz parlamentin fövqəladə sesiyasının çağırılmasına nail olmaqdır. Bunda məqsəd isə seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşdırılması ilə bağlı Seçki Məcəlləsində dəyişiklik edilməsinə çalışmaqdır.

Doğrudur , hazırda ölkənin qanunverici orqanı yay tətilinə çıxmışdır. Amma, bununla belə, hesab edirik ki, məhz mitinqlər yolu ilə parlamentin fövqəladə sessiyasının çağırılmasına nail olmaq mümkündür.

Əgər müxalifət partiyaları sözü bir yerə qoyub bu kimi tələblərlə fasiləsəiz mitinqlər keçirirlərsə, dövlət başçısı tərəfindən məsələnin gündəmə gətiriləcəyi istisna edilmir",- deyə İsgəndər Həmidov vurğulamışdır.

AMDP sədri, daha sonra bununla bağlı yaxın günlərdə Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edəcəklərini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti