...

ATƏT NÜMAYƏNDƏLƏRİ GƏNCƏDƏ OLDULAR

Siyasət Materials 8 İyul 2005 15:56 (UTC +04:00)

İyulun 7-də Helsinki Vətəndaş Assambleyasının Gəncə filialının ofisində ATƏT nümayəndələri ilə Gəncənin 10-dan artıq Qeyri-Hökumət Təşkilatları (QHT) arasında görüş kerilib.

Görüş başlayarkən ATƏT təmsilçiləri: İnqrid Anqela Qossinqer - Demokratiya məsələləri üzrə və Ülvi Axundov - media üzrə əməkdaşları tədbiri işıqlandırmaq istəyən jurnalistlərdən otağı tərk etmələrini xahiş etdilər. Onlar bu addımı iş qrafikini gözlənilməsilə izah ediblər. İş qrafiki üzrə isə jurnalistlərlə görüş iyulun 8-də keçirilməlidir.

Tədbirdə ilk çıxış edən İnqrid Qossinqer Gəncəyə gəlişlərinin məqsədini, buradakı QHT-lərin, xüsusilə qadın problemləri ilə məşğul olan təşkilatların seçki qabağı vəziyyətini öyrənmək olduğunu vurğuladı.

İ.Qossinqerin dediyinə görə ATƏT Azərbaycanda keçiriləcək 2005-ci il parlament seçkilərini çox diqqətlə izləyəcək. Gəncəyə gəldikdə isə seçkilərdə 2 nəfər ATƏT nümayəndəsi müşahidəçi qismində iştirak edəcək.

QHT nümayəndələri öz növbəsində qonaqlara seçki barəsində fikirlərini açıqlayıblar. Onların yekun fikirləri belə oldu ki, demokratiya seçkidən-seçkiyə tədbir yox, cəmiyyətin həyat tərzi olmalıdır.

Qadın proğlemləri ilə məşğul olan QHT-lərə gəldikdə isə ATƏT numayəndəsi qərb bölgəsində qadınlar üçün resurs mərkəzlərinin açılmasını məsləhət bildi. "Bizim təşkilat donor deyil və biz heç kəsə maddi yardım göstərmirik. Lakin məsləhətlərimiz nəticəsində bəzi donor təşkilatları bu regiona yönəldə bilərik"- deyə İ.Qossinqer öz çıxışını bitirdi.

Xəbər lenti

Xəbər lenti