...

"AZADLIQ" BLOKUNUN 10 İYUL AKSİYASINA BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ RAZILIQ VERDİ

Siyasət Materials 8 İyul 2005 16:09 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" seçki blokunun iyulun 10-da keçirəcəyi yürüş-mitinqə icazə verib. Bu barədə Trend ə blokda təmsil olunan AXCP-dən (islahatçılar) məlumat verilib. Bakı Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun iyul 8-də aksiyanın təşkilatçılarına cavab məktubu göndərib.

Şəhər rəhbərliyi "Azadlıq" seçki blokunun iyulun 10-da saat 17.00-da metronun "20 Yanvar" stansiyasından başlayaraq "Qələbə" kinoteatrının qarşısınadək yürüş, saat 19.00-dək isə "Qələbə" meydanında mitinq keçirilməsinə razılıq verib.

Aksiya seçki komissiyalarının paritet əsasda formalaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, azad və demokratik seçki keçirilməsi tələbləri ilə təşkil olunur. Üç partiyanın keçirdiyi yürüş-mitinqdə 50 minə yaxın adamın iştirak etməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti