...

PREZİDENT İLHAM ƏLİYEV FRANSANIN "TEKNİP" ŞİRKƏTLƏR QRUPUNUN DİREKTORLAR ŞURASININ SƏDRİ VƏ BAŞ İCRAÇI KATİBİNİ QƏBUL EDİB

Siyasət Materials 8 İyul 2005 18:00 (UTC +04:00)

Trend agentliyi bildirir ki, prezident İlham Əliyev iyulun 8-də Fransanın "Teknip" şirkətlər qrupunun direktorlar şurasının sədri və baş icraçı katibi Daniel Valotu qəbul edib.

Azərbaycan prezidenti ilə görüşdən məmnunluğunu bildirən Daniel Valot qeyd edib ki, onun başçılıq etdiyi şirkət "Şahdəniz" yatağında platforma tikir. D. Valot qeyd edib ki, "Şahdəniz" yatağında uğurlu işin şahidi olub.O, bildirib ki, "Teknip" şirkətlər qrupu bundan sonra da Azərbaycanda fəaliyyətini geniş davam etdirəcək.

Prezident İlham Əliyev "Şahdəniz" yatağının regional əhəmiyyətini qeyd edib və bildirib ki, həmin struktur sayəsində Azərbaycanın təbii qaza olan tələbatı gələcəkdə tamamilə təmin olunacaq.Eyni zamanda "Şahdəniz" Azərbaycanın xaricə təbii qaz ixracında mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti