...

BAŞ PROKUROR ZAKİR QARALOV YEVLAXDA BÖLGƏ SAKİNLƏRİ ÜÇÜN QƏBUL KEÇİRMİŞDİR

Siyasət Materials 8 İyul 2005 18:20 (UTC +04:00)

İyulun 8-də baş prokuror Zakir Qaralov Yevlax şəhərində ətraf rayonların sakinləri üçün qəbul keçirmişdir. Bu haqda Trend ə Baş prokurorluğun mətbuat xidmətindən bildirilmişdir.

Yevlax rayon prokurorluğunun binasında, Respublika prokurorluğunun rəhbər işçiləri, bölgə üzrə məsul əməkdaşların və müvafiq tabe prokutorların iştirakı ilə keçirilmiş qəbulda həmçinin, Bərdə, Ucar, Tərtər və Ağdam rayonlarından gəlmiş vətəndaşlar iştirak etmişlər.

Məlumatda baş prokuror Zakir Qaralovun şəxsən 48 vətəndaşı qəbul edərək, onların şikayətlərini dinlədiyi, vətəndaşların müraciətlərindəki cinayət işlərinin istintaqı zamanı yol verilmiş qanun pozuntuları hallarının aradan qaldırılması üçün müvafiq icra strukturlarına operativ tapşırıqlar verdiyi bildirilmişdir.

Qəbuldan sonra baş prokuror Zakir Qaralov Yevlax, Bərdə, Ucar, Tərtər və Ağdam rayonlarının prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirmişdir.

Məlumatda, daha sonra, ölkədə vətəndaşların müraciətlərinə baxılmasının səmrəliliyinin artırılması üçün Respublika prokurorluğu tərəfindən analoji tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti