...

İSGƏNDƏR HƏMİDOVUN ÜZƏRİNDƏN MƏHKUMLUĞU GÖTÜRÜLMƏDİ

Siyasət Materials 8 İyul 2005 19:34 (UTC +04:00)

Səbail rayon məhkəməsi Milli Demokrat (Boz Qurd) Partiyasının sədri İsgəndər Həmidovun üzərindən məhkumluğu götürmədi. Trend in məlumatına görə, iyulun 8-də Səbail rayon məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə məhkəmə iclası keçirilib. İsgəndər Həmidovun şikayətinə baxılıb və onun üzərindən məhkumluğun götürülməsinə dair iddiası təmin olunmayıb.

Məhkəmənin bu qərarı onunla izah edilib ki, İ.Həmidov əfv olunduqdan sonra hələ üzərində 6 il cəza müddəti qalmışdı. Çəkilməmiş cəza müddətinin çox olması İ.Həmidovun üzərindən məhkumluğun götürülməsinə imkan verməyib.

İ.Həmidovun vəkili Yavər Hüseyn Səbail rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət veriləcəyini bildirib.

Qeyd edək ki, İsgəndər Həmidov 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa çıxıb, 2005-ci il mayın 7-də üzərindən məhkumluğun götürülməsinə dair Səbail rayon məhkəməsində iddia qaldırıb.

Xəbər lenti

Xəbər lenti