...

"AZADLIQ" BLOKUNUN ŞƏKİDƏ İCAZƏLİ MİTİNQİ KEÇİRİLİR

Siyasət Materials 9 İyul 2005 13:52 (UTC +04:00)

ADP, AXCP (islahatçılar) və Müsavat partiyalarının birləşdiyi "Azadlıq" seçki blokunun iyulun 9-da saat 17.00-da Şəki şəhərində mitinqi keçiriləcək. Bu barədə Trend ə seçki blokundan məlumat verilib.

Mitinq Şəkinin mərkəzində yerləşən M.F.Axundov adına bağda keçiriləcək. Aksiyaya yerli icra hakimiyyəti tərəfindən razılıq verilib. ADP, AXCP və Müsavat partiyalarının rəhbər strukturlarının nümayəndələri də bu aksiyada iştirak etmək üçün Şəkiyə səfər ediblər.

İcazə olduğundan mitinqdə hər hansı insidentin baş verəcəyi gözlənilmir. Qeyd edək ki, "Azadlıq" blokunun Şəki şöbəsi iyulun 2-də keçirmək istədiyi mitinqə icazə verilməmiş və buna görə də tədbir təxirə salınmışdı. Yerli təşkilatlar növbəti dəfə Şəki şəhər İcra hakimiyyətinə müraciət ediblər və iyulun 9-da aksiya keçirməyə razılıq alıblar.

Xəbər lenti

Xəbər lenti