...

"AZADLIQ" BLOKU MSK-YA SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİNİ TƏYİN EDƏCƏK

Siyasət Materials 9 İyul 2005 14:32 (UTC +04:00)

İyulun 11-də keçiriləcək "Azadlıq" bloku sədrlər şurasının toplantısından sonra seçki blokundan Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq şəxsin adı açıqlanacaq. Bu haqda Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının (AXCP(i)) sədr müavini Həsən Kərimov Trend ə bildirib.

Onun sözlərinə görə, hazırda partiya liderləri arasında bu istimqamətdə müzakirələr davam etdirilir.

"Bloka daxil olan partiyaların hər birinin ayrıca Seçki qərargahları artıq formalaşdırılıb. Lakin seçki bloku adından MSK-da təmsil olunacaq nümayəndə komissiyada bloka daxil olan partiyaların maraqlarını müdafiə edəcək",-deyə Həsən Kərimov bildirib.

Xəbər lenti

Xəbər lenti