...

AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ENERGETİKA SAHƏSİNDƏ MÜNASİBƏTLƏRİ GENİŞLƏNDİRMƏK ÜÇÜN İŞÇİ QRUPUN YARADILMASI BARƏDƏ RAZILIĞA GƏLİBLƏR

Siyasət Materials 9 İyul 2005 15:00 (UTC +04:00)
AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ENERGETİKA SAHƏSİNDƏ MÜNASİBƏTLƏRİ GENİŞLƏNDİRMƏK ÜÇÜN İŞÇİ QRUPUN YARADILMASI BARƏDƏ RAZILIĞA GƏLİBLƏR

Energetika sahəsində Azərbaycanla Gürcüstan arasında münasibətlərin genişləndirilməsi və inkişafı üçün İşçi qrup yaradılacaq. Bu barədə Trend ə "Azərenerji" SC-nin baş mühəndisi Marlen Əskərov məlumat verib.

Bu qərar "Azərenerji" SC-nin prezidenti ilə Bakıda rəsmi səfərdə olan Gürcüstanın yanacaq və energetika naziri Nika Gilauri arasında keçirilən dünənki görüşün yekunlarına görə qəbul edilib.

"Görüşdə Azərbaycanla Gürcüstan arasında əməkdaşlığını perspektivləri və istiqamətləri müzakirə olunub. İşçi qrup bu istiqamətdə təkliflər hazırlayacaq ki, burada iki ölkə arasında enerji mübadiləsinin dirçəldilməsi də öz əksini tapacaq.

Hazırda tərəflər arasında müvafiq razılaşma olmadığından Azərbğaycanla Gürcüstan arasında daimi enerji mübadiləsi mövcud deyil ", - deyə M.Əsgərov bildirib.

NöGiluarinin başçılıq etdiyi gürcü nümayəndə heyəti həmçinin Azərbaycanın sənaye və energetika naziri Məcid Kərimovla da görüşüb. Görüşdə bütün nəzərdə tutulmuş məsələlər, eləcə də "Şahdəniz" yatağından Tbilisyə qazın göndərilməsi də müzakirə edilib.

Mövcud müqaviləyə əsasən, 2011-ci ildən bu marşrutla Gürcüstan 800 milyon kubmetr qaz ala bilər ki, bu da Gürcüstanın öz ərazsindən keçən tranzit qaza görə aldığı haqq kimi və həm də bu ölkənin güzəştli qiymətlərlə ala biləcəyi qazın yekun həcmidir.

Xəbər lenti

Xəbər lenti