...

MADLEN OLBRAYT AZƏRBAYCANA GƏLİR

Siyasət Materials 11 İyul 2005 14:46 (UTC +04:00)
MADLEN OLBRAYT AZƏRBAYCANA GƏLİR

ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitunun Direktorlar Şurasının rəhbəri Madlen Olbrayt iki günlük işgüzar səfərlə Azərbaycanın paytaxtı Bakıya gəlir. Trend agentliyinin məlumatına görə, səfərin gedişində xanım Olbraytı seçki proqramları üzrə mütəxəssis Patrik Merlo müşaiyət edəcək. O, səfər zamanı siyasi partiyaların, QHT və KİI nümayəndələri ilə görüşəcək.

Görüşlərdə söhbət əsasən Azərbaycanda noyabrın 6-da keçiriləcək prezident seçkilər barədə olacaq. Olbrayt həmçinin iyulun 12-də Bakıda keçiriləcək KİI-in vəziyyəti ilə bağlı "dəyirmi masa"da iştirak edəcək. Görüşün iştirakçıları Azərbaycanda söz azadlığı və jurnalistlərin hazırki vəziyyəti və parlament seçkilərində KİI-in rolu ilə bağlı məsələləri müzakirə edəcəklər.

Olbrayt səfərin yekunları üzrə Azərbaycanda demokratik proseslərin gedişi barədə ekspert kimi bəyanatla çıxış etməlidir.

ABŞ-ın keçmiş dövlət katibi M.Olbrayt 1978-ci ildə prezident C.Karterin yanında Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilmişdi və ictimaiyyətlə əlaqələrə görə cavabdeh idi. 1993-cü ildə Olbrayt ABŞ-ın BMT-də daimi nümayəndəsi, 1996-cı ildən 2000-ci ilə kimi prezident B.Klintonun dövründə dövlət katibi olub.

Xəbər lenti

Xəbər lenti