...

"AZADLIQ" BLOKU SƏLAHİYYƏTLİ NAMİZƏDLƏRİNİ MÜƏYYƏNLƏŞDİRDİ

Siyasət Materials 11 İyul 2005 16:44 (UTC +04:00)

"Azadlıq" blokunda təmsil olunan partiyalar parlament seçkisi ilə bağlı səlahiyyətli nümayəndələri müəyyənləşdirib. Trend in məlumatına görə, iyulun 11-də blokunun iclasından sonra "Musavat" partiyanın başqanı İsa Qəmbər media nümayəndələrinə açıqlama verib. O bildirib ki,

"Azadlıq" blokunun seçki qanunvericiliyinə və Konstitusiyaya uyğun olaraq tsənədləri hazırlanıb yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Partiyalar öz səlahiyyətli nümayəndələrini və MSK-da təmsilçilik üçün təqdim edəcəkləri nümayəndələrini müəyyən ediblər.

Azərbaycan Demokrat Partiyasının (ADP) səlahiyyətli nümayəndələri Sərdar Məmmədov, Akif Şahbazov, Taliyət Əliyev, Həsrət Rüstəmov və Elman Salayevdir.

ADP-nin MSK-ya təqdim edəcəyi şəxs Bəhruz Məmmədovdur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-İslahatçılar) səlahiyyətli nümayəndələri Əli Kərimli, Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev, Akif İslamzadə, Həsən Kərimov, MSK-ya təqdim etmək üçün seçdiyi səlahiyyətli şəxslər Sevda Talıblı, Şahin Həsənli və Rahim Hacıyevdir.

Müsavat Partiyasının səlahiyyətli nümayəndələri İsa qəmbər, Vurğun Əyyub, Arif Hacılı, Mehman Cavadoğlu, Sülhəddin Əkbər, partiyanı MSK-da təqdim edəcək şəxs Gülağa Aslanlıdır.

"Azadlıq" blokunun seçki blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə AXCP-dən Şahin Həsənli, maliyyə işləri üzrə imza atacaq şəxs Sərdar Cəlaloğlu olacaq, blokun möhürü kimi isə Müsavat Partiyasına məxsus möhür götürülüb. Blokun rəsmən yaradılmasının və adının "Azadlıq" olması barədə sənəd imzalanıb.

Blokun parlament seçkisində iştirak edəcək vahid namizədləri yaxın günlərdə tam bəlli olacaq. İsa Qəmbər bildirib ki, "Azadlıq" blokuna daxil olmayan tanınmış, nüfuzlu şəxslərin hansı seçki dairəsindən namizədliyini irəli sürəcəyi nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti