...

QAT MİNSK QRUPU HƏMSƏDRLƏRİNƏ ETİRAZ OLARAQ XİN QARŞISINDA AKSİYA KEÇİRİB

Siyasət Materials 11 İyul 2005 17:33 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü iyulun 11-də Xarici İşlər Nazirliyinin (XİN) binası qarşısında etiraz aksiyası keçirib. Trend in məlumatına görə, QAT fəalları ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağa Ermənistan ərazisindən gediləcək səfərinə və onların fəaliyyətsizliyinə etiraz olaraq nazirliyin qarşısına toplanıblar.

Aksiya iştirakçıları əllərində "Qarabağ Ermənistandan gedənlər erməni siyasətinə xidmət edir", "İşğalçı Ermənistanın dostlarına "yox" deyirik!", "Minsk qrupunun səmərəsiz fəaliyyətinə son qoyulsun!" kimi tələb və şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.

Lakin piket icazəsiz olduğundan Yasamal rayonunun polis əməkdaşları aksiyaçılara mane olublar. 4 nəfər piket iştirakçısı - Xəlil Abdullayev, Mürsəl Həsənov, Manaf Kərimov və Mehdi Mehdizadə Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Etiraz aksiyasının qətnaməsi həmsədrlərə təqdim olunmaq üçün Xarici İşlər Nazhirliyinə verilib.

Qətnamdə Minsk qrupu həmsədrlərinin fəaliyyətinin qənaətbəxş olmadığı, onların daha çox işğalçı Ermənistanın əməllərinin ört-basdır etdikləri və bunun da Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılandığı bildirilir.

Həmçinin deyilir ki, Ermənistanın diktəsi ilə hərəkət edən, tələblərini yerinə yetirən həmsədrlərin bu hərəkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. QATT tələb edir ki, həmsədrlər Dağlıq Qarabağa Ermənistandan getmək niyyətlərindən əl çəkməlidirlər. Əks halda baş verə biləcək xoşagəlməz hadisələrin məsuliyyəti onların üzərinə düşəcək.

Xəbər lenti

Xəbər lenti