...

SERGEY KUZNETSOV: OKTƏBRDA VENESİYA KOMİSSİYASI AZƏRBAYCANDAKI VƏZİYYƏTLƏ BAĞLI YEKUN QƏRAR QƏBUL EDƏCƏK

Siyasət Materials 11 İyul 2005 18:29 (UTC +04:00)
SERGEY KUZNETSOV: OKTƏBRDA VENESİYA KOMİSSİYASI AZƏRBAYCANDAKI VƏZİYYƏTLƏ BAĞLI YEKUN QƏRAR QƏBUL EDƏCƏK

Avropa Şurasının Venesiya Komissiyası (VK) bu ilin oktyabrında Azərbaycandakı vəziyyətlə bağlı yekun qərar qəbul edəcək. Belə bəyanatla VK-nın seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov Trend ə verdiyi ekskluziv müsahibəsində bildirib.

Kuznetsov qeyd edib ki, bu məsələ ilə bağlı Komissiyanın ilkin yekunu hələ bu ilin iyun ayında dərc edilmişdi. Lakin yekun qərar qəbul etmək üçün VK-nın ekspertləri Milli Məclisini ölkənin seçki məcəlləsində dəyişikliklər barədə qərarını hərtərəfli analiz etməlidirlər. VK əməkdaşının sözlərinə görə, qərarın mətni hələ Komissiyanın yekun qərarı qəbul olunana kimi rəsmi orqanlara təqdim olunacaq.

Kuznetsov diqqəti belə bir fakta yönəldib ki, Milli Məclisin qəbul etdiyi seçki məcəlləsinin layihəsi indiyə kimi rəsmən baxılmaq üçün Venesiya Komissiyasına təqdim edilməyib. "Hər halda Avropa Şurasının Parlament Assambleyasının Azərnbaycan parlamentinin qəbul etdiyi qərardan xəbəri var",- deyə o bildirib.

Kuznetsov həmçinin qeyd edib ki, "Venesiya Komissiyasının Azərbaycanın seçki məcəlləsində hər hansı yeni dəyişikliyin ediləcəyi barədə məlumatı yoxdur. Belə ki, Milli Məclisin yay sessiyası artıq öz işini başa vurub".

Sergey Kuznetsov bir daha qeyd edib ki, Venesiya Komissiyası hüquqi əməkdaşlıq orqanı olduğundan hər hansı bir dövlətə münasibətdə sanksiyalar tətbiq etmək barədə qərar qəbul etmir.

"Bütün qərarlar yalnız Avropa Şurasının Parlament Assambleyası tərəfindən qəbul edilə bilər" -deyə VK-nın əməkdaşı qeyd edib və xatırladıb ki, AŞPA-nın yay sessiyasının gedişində Azərbaycan üzrə qəbul olunan qətnamələrin mətnində aydın şəkildə qeyd olunub ki, əgər qarşıdakı parlament seçkiləri Avropa Şurası standartlarına uyğun gəlməzsə, AŞPA Azərbaycanın nümakyəndə heyətinin mandatının uzadılmaması barədə məsələni nəzərdən keçirə bilər.

Xəbər lenti

Xəbər lenti