...

SMM TƏMSİLÇİLƏRİ PARLAMENT SEÇKİSİNƏ BEYNƏLXALQ DİQQƏTİN ÇOX OLACAĞINI BİLDİRİR

Siyasət Materials 11 İyul 2005 18:51 (UTC +04:00)

Seçki Monitorinq Mərkəzi (SMM) Albaniyada keçirilən parlament seçkisini müşahidə edib. SMM-in direktoru Anar Məmmədli Trend ə bildirib ki, təşkilatın iki üzvü Albaniyada seçkilərinin monitorinqində iştirak edib və onlar bu ölkədə parlament seçkisinin normal keçdiyi qənaətindədirlər. Azərbaycanlı müşahidəçilərin sözlərinə görə, seçkiqabağı normal mühit yardılıb, icra və güc strukturları tərəfindən seçkinin keçirilməsinə müdaxilələr edilməyib və ciddi qanun pozuntularına rast gəlinməyib. Albaniyada seçki günü seçicilərin barmağına xüsusi rəng vurulub və bu üsul seçkinin şəffaf keçməsinə yardım göstərib.

Anar Məmmədlinin sözlərinə görə, Albaniyada seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və bir sıra dövlətlərin nümayəndələri Azərbaycandakı seçkiyə də xüsusi diqqət ayıracaqlarını deyiblər: "Onlar Albaniya və Qırğızıstandan sonra bütün diqqətin Azərbaycana yönəldiyini vurğulayırdılar.

Bütün bunlara əsasən demək olar ki, budəfəki seçkilərə Azərbaycanda indiyə qədər müşahidə etmədiyimiz beynəlxalq diqqət olacaq" deyə SMM rəhbəri vurğulayıb.

Albaniyada keçirilən parlament seçkisini müşahidə etmiş Azər Həsrət də bildirib ki, bu ölkədə seçki mühiti demokratik olub, hakim partiya rəqiblərinə qarşı qeyri-qanuni addımlar atmayıb.

Xəbər lenti

Xəbər lenti