...

BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI VƏ BEYNƏLXALQ JURNALİSTLƏR FEDERASİYASI AZƏRBAYCAN JURANLİSTLƏRİ ÜÇÜN MÜSABİQƏ ELAN EDİB

Siyasət Materials 11 İyul 2005 18:54 (UTC +04:00)

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) Azərbaycan KİV üçün "Əmək bazarında bərabər hüquqlar və imkanlar" mövzusunda milli müsabiqə elan edib.

Trend in məlumatına görə, müsabiqəyə qadın və kişi məşğulluğu və əməyinə, iş yerlərindləki gizli və açıq diskriminasiyalara, qeyri-formal iqtisadiyyatın problemləri ilə bağlı, sosial müdafiə, iş və ailə öhdəliklərinin qarışması, anaların müdafiəsinə həsr olunmuş materiallar qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün peşəkar jurnalistlər və ədəbiyyatçılar, milli, regional və şəhər KİV-nin- mətbuat, radio, TV, İnternet-nəşrlərinin əməkdaşları dəvət olunurlar. Müsabiqənin münsiflər heyəti nəşrlərin orijinallarını və surətlərini, eləcə də efirə getmiş və ya 2005-ci il yanvarın 1-dən sentyabrın 15-nə kimi dərc olunmuş televiziya və radio verilişlərinin video- (IHS formatında ) və audioyazılarını nəzərdən keçirir.

Materiallar istənilən həcmdə və bütün janrlarda qəbul edilir. Ən yaxşı işlərin müəllifləri pul mükafatları və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti