...

ALİ MƏHKƏMƏDƏ QARABAĞ PARTİZANLARININ MƏHKƏMƏSİ TƏYİN OLUNUB

Siyasət Materials 12 İyul 2005 12:56 (UTC +04:00)

Qarabağ partizanlarının işi ilə bağlı iyulun 12-də Ali Məhkəmədə keçirilməsi nəzərdə tutulan məhkəmə iclası təxirə salınıb. Trend in məlumatına görə, iyulun 12-də saat 11.00-da hakim Vidadi Həşimovun sədrliyi ilə iclas keçirilib və məhkəmə iyulun 19-a təyin edilib.

Qeyd edək ki, "Qarabağ partizanları" adı ilə tanınan bir qrup məhkumun barəsində həbs qərarını qüvvədə saxlayan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəmə kassasiya şikayəti verilmişdi. Şikayətdə partizanların barəsində çıxarılan həbs qərarının dəyişdirilməsi, bu məhkumların törətdiyi əməllərin motivi, onların ailə vəziyyəti, yaşı və digər mühüm amillərin nəzərə alınması xahiş olunur. Ali Məhkəmənin hakimi kassasiya şikayətinə iyulun 19-da baxılmasına dair qərar çıxarıb.

Partizanların müdafiəsi ilə bağlı iyulun 12-də saat 11.00-da Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və partizanların ailə üzvləri Ali Məhkəmənin qarşısında dinc aksiya keçiriblər. Onlar partizanların barəsində həbs qərarının dəyişdirilməsi və onların azadlığa buraxılmasını tələb ediblər. Dinc toplantı zamanı heç bir insident baş verməyib. QAT fəalları bildiriblər ki, iyulun 19-da Ali Məhkəmənin ədalətli qərar çıxarmasını gözləyirlər. Partizanların vəkili Osman Kazımov da onların həbsinin qeyri-qanuni olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti