...

YUNESKONUN BAŞ DİREKTORU AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 12 İyul 2005 13:38 (UTC +04:00)

YUNESKO-nun baş direktoru Koiçiro Matsaura avqustun 23-dən 27-nə kimi Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend ə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

Nazir YUNESKO-nun baş direktoruna rəsmi dəvətnaməni ötən həftə təşkilatın mənzil-qərargahının yerləşdiyi Parisə səfəri çərçivəsində təqdim edib. M.Mərdanov bildirib ki, səfərin gedişində Azərbaycanın təhsil sahəsindəki problemləri və YUNESKO-nun bu problemlərin həllində göstərə biləcəyi yardımın mümkünlüyü ilə bağlı danışıqlar aparılıb.

Nazirin sözlərinə görə, K.Matsauranın qarşıdakı səfəri zamanı YUNESKO-nun Azərbaycanla əməkdaşlığının inkişafı barədə memorandum imzalanacaq.

Xəbər lenti

Xəbər lenti