...

MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYALARI FƏALİYYƏTƏ BAŞLAYACAQLAR

Siyasət Materials 12 İyul 2005 15:30 (UTC +04:00)

Avqustun 15-dən etibarən Milli Məclisin daimi komissiyaları fəaliyyətə başlayacaqlar. Bu barədə Trend"ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev bildirib. Onun sözlərinə görə, daimi komissiyalar qarşıdakı payız sessiyasında parlamentin müzakisinə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcəklər.

"Sentyabrın 1-dən Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Seçkilərdən sonra, III çağırışda Milli Məclis öz fəaliyyyətinə başlayanadək millət vəkilləri bir sıra vacib qanun layihələrini müzakirə etməlidirlər. İlkin olaraq isə parlamentdə ötən sessiyada müzakirəsi başa çatdırılmamış qanun layihələrinə baxılacaq",-deyə, Aqşin Babayev bildirib.

Xatırladaq ki, hazırda parlamentdə təmsil olunan milldət vəkillərinin səlahiyyətləri bu ilin noyabrında başa çatır. Noyabrın 6-da isə ölkədə III çağırışda parlament seçkiləri keçiriləcəkdir. Seçkilərin nəticələri dekabrın 9-dək Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra parlament yeni tərkibdə öz fəaliyyətinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti