...

RƏCƏB TAYYİB ƏRDOĞAN: ERMƏNİSTAN ÖZ ƏSGƏRLƏRİNİ İŞĞAL EDİLMİŞ DAĞLIQ QARABAĞ ƏRAZİSİNDƏN ÇIXARTMALI VƏ ONLARI AZƏRBAYCANA TƏHVİL VERMƏLİDİR

Siyasət Materials 12 İyul 2005 18:34 (UTC +04:00)
RƏCƏB TAYYİB ƏRDOĞAN: ERMƏNİSTAN ÖZ ƏSGƏRLƏRİNİ İŞĞAL EDİLMİŞ DAĞLIQ QARABAĞ ƏRAZİSİNDƏN ÇIXARTMALI VƏ  ONLARI AZƏRBAYCANA TƏHVİL VERMƏLİDİR

Ermənistan öz əsgərlərini işğal olunmuş Dağlıq Qarabağ ərazisindən çıxartmalı və onları Azərbaycana təslim etməlidir. Trend agentliyi bildirir ki, bu barədə Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan San-Fransiskoda Şimali Karolinanın dünya siyasəti üzrə Şurasının təşkil etdiyi beynəlxalq konfransda bəyan edib.

Türkiyə-Ermənistan münasibətlərindən danışan baş nazir qeyd edib ki, üçüncü ölkə parlamentlərinin erməni soyqırımını tanıması ikitərəfli Ermənistan-Türkiyə münasibətlərindəki problemləri həll etmir.Baş nazir Ermənistan rəhbərliyinə müraciət edərək onu "iki qonşu xalqın ümumi keçmiş tarixindən düşmənçiliyin qızışdırılması üçün istifadə etməməyə" çağırıb. "İlk növbədə nizama salınmalı olan daha mühüm problemlər vardır" -deyə baş nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti