İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 7-ci ildönümü qeyd olunacaq. Bu barədə Trend ə KM-in mətbuat xidmətindən xəbər verilib.
Məlumatda, yubiley münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin KİV nümayəndələri ilə görüşünün təşkil olunacağı bildirilib.
Brifinqdə həmçinin KM-in hakimlərindən Eldar Məmmədov, Rafael Qvaladze və başqaları iştirak edəcəklər. Tədbirdə KM-in yaranmasından indiyədək keçən müddət ərzində ölkənin ali məhkəmə instansiyası tərəfindən görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriləcək.