...

İSGƏNDƏR HƏMİDOVUN MƏHKUMLUĞUNUN GÖTÜRÜLMƏSİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Siyasət Materials 13 İyul 2005 12:05 (UTC +04:00)

Milli Demokrat (Boz Qurd) Partiyasının sədri İsgəndər Həmidovun üzərindən məhkumluğun götürülməsinə dair Apellyasiya Məhkəməsinə müraciət edilib. Bu barədə Trend ə İsgəndər Həmidovun vəkili Yavər Hüseyn məlumat verib. O bildirib ki, İsgəndər Həmidovun üzərindən məhkumluğun götürülməsinə nail olmaq üçün bütün məhkəmə instansiyalarını keçəcəklər.

Qeyd edək ki, iyulun 8-də Səbail rayon məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında İsgəndər Həmidovun üzərindən məhkumluğun götürülməsinə dair şikayətə baxılıb və iddia təmin olunmayıb. Məhkəmənin bu qərarı onunla izah edilib ki, İ.Həmidov əfv olunduqdan sonra onun üzərində 6 il cəza müddəti qalmışdı. Səbail rayon məhkəməsinin bu qərarından Apellyasiya Məhkəməsinə şikayət verilib.

Xəbər lenti

Xəbər lenti