...

ATA BLOKU MÜXALİFƏT LİDERLƏRİNİN NAMİZƏDLİYİNİ MÜDAFİƏ EDƏCƏK

Siyasət Materials 13 İyul 2005 14:43 (UTC +04:00)

ATA blokunun parlament seçkisində iştirakla bağlı sənədləri qeydiyyata alınmaq üçün bü günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Bu barədə Trend ə ATA blokunun sədri Çingiz Dəmiroğlu məlumat verib.

O, bildirib ki, hazırda blokda təmsil olunan partiyaların, onların namizədlərinin və səlahiyyətli nümayəndələrinin sənədləri üzərindən iş gedir, qeydiyyat üçün lazım olan müvafiq sənədlər hazırlanır.

Ç.Dəmiroğlu bildirib ki, blokun seçkidə iştirak edəcək bütün namizədləri və onların seçki dairələri müəyyənləşib. Lakin blokun qərarına görə digər müxalifət liderlərinin, şansı çox olan partiya rəhbərlərinin namizədliyini irəli sürdüyü dairələrdə ATA bloku güzəştə gedəcək, onların namizədliyini müdafiə edəcək. Ç.Dəmiroğlu 37 saylı 1-ci Gəncə -Nizami seçki dairəsindən namizədliyini irəli sürəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti