...

AQB-NİN PARLAMENT SEÇKİSİNDƏ 90-DAN ÇOX NAMİZƏDİ OLACAQ

Siyasət Materials 13 İyul 2005 18:15 (UTC +04:00)

Azərbaycançı Qüvvələr Birliyi (AQB) bu il parlament seçkisində 90 nəfərdən çox namizədlə iştirak edəcək. Bu barədə Trend ə AQB-dən məlumat verilib. Hazırda Blokun qeydiyyatdan keçməsi üçün müvafiq sənədlər üzərində iş gedir.

Toplanmış sənədlər hazır edilərək iki gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Həmçinin blok demokratik seçkilərə çağırış motivi altında kütləvi yürüş aksiyası keçirməyə qərar verib.

Yürüşün keçirilmə vaxtının müəyyənləşdirilməsi AQB-nın İcra Aparatına həvalə edilib. AQB bu il keçiriləcək parlament seçkisinə hazırlıq işlərini ardıcıl, daha çevik həyata keçirməyi də qərarlaşdırıb.

Xəbər lenti

Xəbər lenti