...

AZƏRBAYCAN VƏ MİSİR İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ HÖKUMƏTLƏRARASI 2-Cİ İCLASIN GÜNDƏLİYİNİ HAZIRLAYACAQLAR

Siyasət Materials 14 İyul 2005 12:42 (UTC +04:00)

Azərbaycan-Misir iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası 2-ci iclasın gündəliyi iyulun 25-dən 29-dək Qahirədə keçiriləcək hər iki ölkənin ekspertlərinin görüşündə razılaşdırılacaq.

Misirin Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, ekspertlər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının gündəliyini, iclasın gedişində imzalanacaq razılaşma layihələrini hazırlamalıdırlar.

Bu günə kimi Azərbaycan və Misir arasında bir neçə ticarət-iqtisadi və mədəni münasibətlər üzrə ikitərəfli sənədlərin layihələri hazırlanıb. Həmin sənədlər kənd təsərrüfatı, ticarət, sənaye, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edir. Onlardan bəziləri artıq razılaşdırılsa da, ayrı-ayrı maddələrdə bir sıra düzəlişlər ediləcək.

Komissiyanın iclası bu ilin payızında keçiriləcək. Komissiya həmçinin Azərbaycanla Misir arasında mal mübadiləsinin artırılması imkanlarını da nəzərdən keçirir. Xatırladaq ki, Komissiyanın 1-ci iclası 2002-ci ilin oktyabrında Bakıda keçirilib. Azərbaycan tərəfdən Komissiyanın həmsədrli respublikanın iqtisadi inkişaf naziri Fərhad Əliyev, Misir tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə nazir xanım Faizə Əbül Nəqadır.

Xəbər lenti

Xəbər lenti