...

MİSİR VƏ AZƏRBAYCAN İNFORMASİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR

Siyasət Materials 14 İyul 2005 13:05 (UTC +04:00)

(İTAR-TASS) - Misirin xəbər agentliyi MENA və Azərbaycanın informasiya agentliyi AzərTAc 1996-cı ildə hər iki ölkənin hökumətləri arasında imzalanmış informasiya sahəsində əməkdaşlığa dair ikitərəfli razılıq çərçivəsində əməkdaşlığı möhkəmləndirəcəklər. Bu barədə Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov MENA agentliyinin baş redaktoru Abdulla Həsənlə danışıqların nəticələri üzrə məlumat verib.

Azərbaycanlı diplomatın sözlərinə görə, Bakı rəhbərliyin rəsmi səfərlərindən tutmuş müxbirlərin xaricə ezamiyyətə göndərilmələrinə qədər bütün kanallar üzrə təcrübə mübadiləsi aparmaqla agentliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini təklif edir. O, həmçinin bildirib ki, bu təkliflər Misir tərəfinin dəstəyini qazanıb və agentliklər arasında əməkdaşlığa dair razılığın işlənməsi bu sahədə növbəti mərhələ olacaq.

Xəbər lenti

Xəbər lenti