...

GÜRCÜSTANIN BAŞ NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİNƏ HAZIRLIQ GEDİR

Siyasət Materials 14 İyul 2005 13:28 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqadielinin iyulun 18 və 19-da gözlənilən səfər proqramı, həmçinin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyasının və biznes-forumun növbəti iclas gündəliyi Gürcüstan hökumətinin ekspertlərinin Bakıya səfərləri zamanı razılaşdırılacaq. Bu barədə Trend agentliyinə Gürcüstanın Azərbaycandakı səfiri Aleksandr Axvlediani məlumat verib.

Ekspertlərin bir hissəsi artıq Bakıdadır, qalan ekspertlər isə Bakıya iyulun 15-də gələcəklər. Diplomatın sözlərinə görə, ekspertlər iclas və forumun gündəliyini, Gürcüstan hökumətinin rəhbərinin səfəri çərçivəsində imzalanacaq razılıqların layihələrini razılaşdırmalıdırlar. "Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin inkişafı üzrə bir neçə ikitərəfli sənədlərin layihələri artıq hazırdır. Onlar kənd təsərrüfatı, ticarət, sənaye, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafını əhatə edir", - deyə, o bildirib.

Diplomatın sözlərinə görə, Z. Noqaideli Azərbaycana səfərinə iyulun 18-də hökumətlərarası komissiyanın aparılacağı Gəncədən başlayacaq. İyulun 19-da baş nazir və onu müşayiət edən nümayəndə heyəti ölkə rəhbərliyi ilə danışıqlar aparmaq və biznes-forumda iştirak etmək üçün Bakıya gələcəklər. Biznes-forum iyulun 19-da Bakı biznes mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti