...

AVROPA ŞURASININ "SİYASİ VƏ İCTİMAİ QƏRARLARIN QƏBUL EDİLMƏSİNDƏ KİŞİLƏRİN VƏ QADINLARIN BALANSLAŞDIRILMIŞ İŞTİRAKI BARƏDƏ" TÖVSİYƏLƏRİ NƏZƏRƏ ALINACAQ

Siyasət Materials 14 İyul 2005 14:20 (UTC +04:00)

Avropa Şurasının Nazirlər Komitəsinin 2003-cü il martın 12-də qəbul etdiyi "Siyasi və ictimai qərarların qəbulu zamanı kişilərin və qadınların balanslaşdırılmış iştirakı barədə" tövsiyəsi Azərbaycan qanunvericiliyində də nəzərə alınacaq.

Trend in məlumatına görə, bu barədə Bakıda keçirilən "Qadınlar seçicilər və deputatlığa namizədlər kimi" seminarda Azərbaycan Respublikasının qadın problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Möminət Ömərova bəyan edib.

M.Ömərova xatırladıb ki, bilavasitə onun başçılıq etdiyi Komitənin iştirakı ilə "Bərabər hüquqlar və bərabər imkanlar" adlı yeni qanun layihəsi hazırlanıb. "Bu sənəd artıq parlamentdə birinci oxunuşda nəzərdən keçirilib və onun mətnində köklü düzəlişlər edilib.

Biz ümid edirik ki, payız sessiyasında bu qanun qəbul ediləcək", - deyə M. Ömərova qeyd edib.

Komitənin sədr müavinin fikrincə, Azərbaycanda həmçinin qadınların seçkilərdə paritet səviyyədə iştirakını nəzərdə tutan qanun layihəsini qəbul edilməsinin zəruriliyi yaranıb.

Əgər respublikada proporsional əsasda seçkilər keçirilərsə, onda kişi və qadınların öz namizədliklərini təqdim edərkən müəyyən növbənin gözlənilməsi nəzərdə tutulmalıdır.

Həmçinin Azərbaycanın beynəlxalq nümayəndə heyətinin tərkibinə qadınların daxil edilməsinin zəruriliyi də qeyd olunub. M. Ömərovanın fikrincə, bu məsələ həm administrativ islahatlar yolu ilə, həm də ayrıca qanun çərçivəsində həll oluna bilər.

O, bu gün qadınların Azərbaycanın ictimai həyatında iştirakının böyük olmadığını təəssüflə vurğulayıb. Milli Məclisdə (parlamentdə) qadın deputatların sayı 125 nəfərdən 14-nü təşkil edir. M. Ömərova eyni vəziyyətin ölkənin icra və məhkəmə sistemindədə müşahidə olunduğunu qeyd edib.

Bu gün yalnız Azərbaycanın bir rayonunda yerli administrasiyanın bir qadın rəhbəri olduğunu bildirib. Qadın hakimlərin sayı da çox deyil. "Qadın və kişilərin dövlət orqanlarında işləməsi balanslaşdırılmalıdır", - deyə M. Ömərova qeyd edib.

O bildirib ki, xüsusilə mühüm dövlət vəzifələrinə seçilmək arzusunda olan qadınların məlumat bankının yaradılması da vacibdir. Onun fikrincə, respublikanın regionlarında yaşayan qadınların interaktiv seminarlarının keçirilməsi də faydalı olardı.

Sonda M. Ömərova bildirib ki, sentyabrda Avropa Şurası təşkilata üzv olan ölkələrdə yaşayan qadınların vəziyyətği ilə bağlı kitabça dərc edəcək. Kitabçada təşkilatın üzvü olan bütün 46 ölkədə yaşayan qadınların ölkəsinin ictimai-siyasi həyatanıda iştirakı barədə statistik məlumatlar daxil ediləcək.

Qeyd edək ki, "Qadınlar seçicilər və deputatlığa namizədlər kimi" adlı iki günlük seminar Azərbaycanın qadınların probğlemləri üzrə Dövlət Komitəsi və Avropa Şurasının İnsan Hüquqları üzrə Bərabərlik Yarımbölməsinin Baş Direktorluğunun birgə səyi ilə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti