...

FƏZİLƏT PARTİYASI SEÇKİDƏ 7 NƏFƏR NAMİZƏD İRƏLİ SÜRƏCƏK

Siyasət Materials 14 İyul 2005 15:14 (UTC +04:00)

Fəzilət Partiyası parlament seçkisində iştirak edəcək namizədlərini və onların seçki dairələrini müəyyənləşdirib. Partiyadan Trend ə bildirilib ki, "Fəzilət" seçkidə 7 nəfər namizədlə iştirak edəcək.

Partiyanın sədri Gündüz Hacıyev İmişli rayon 79 saylı seçki dairəsindən namizədliyini irəli sürəcək.

O, Mərkəzi Seçki Komissiyasından imza vərəqələrini götürüb və imzatoplama kampaniyası ilə məşğuldur. Partiya sədri namizədliyinin qeydə alınması üçün sənədlərini bu günlərdə MSK-ya təqdim edəcək.

Gündüz Hacıyev bildirib ki, Fəzilət Partiyası heç bir seçki blokuna qoşulmayacaq: "Çünki seçki blokları bəzən bir-birinin əleyhinə yaranır, qalmaqallarla, bir-biri ilə rəqabətə girməklə məşğul olurlar. Biz bu intriqalarda iştirakçı olmaq istəmirik".

Xəbər lenti

Xəbər lenti