...

BÖYÜK QURULUŞ PARTİYASI SEÇKİDƏ 30 NAMİZƏDLƏ İŞTİRAK EDƏCƏK

Siyasət Materials 14 İyul 2005 15:22 (UTC +04:00)

Böyük Quruluş Partiyası (BQP) parlament seçkisində 30-a yaxın namizədlə iştirak edəcək. Partiyanın sədri Fazil Qəzənfəroğlu Trend ə bildirib ki, partiya üzvlərindən 19 nəfərin hansı seçki dairəsindən namizədliyini verəcəyi müəyyənləşib.

Qalanları isə bu günlərdə tam dəqiqləşəcək. Fazil Qəzənfəroğlu özü Bakıxanov qəsəbəsindən namizədliyini irəli sürəcəyini deyib. Onun sözlərinə görə, Böyük Quruluş Partiyasının parlament seçkisində ümumilikdə 30 namizədi olacaq.

F.Qəzənfəroğlu onu da bildirib ki, Müxalifətin Koordinasiya Mərkəzinin yaradılmasının təşəbbüskarlarından biridir və bu qurumda təmsil olunacaq. Onun sözlərinə görə, MKM-də birləşən partiyaların namizədləri seçki dairələri üzrə razılaşdırılacaq.

BQP-nin fərdi qaydada ikitərəfli sazişlərinə gəldikdə, F.Qəzənfəroğlu deyib ki, Milli Demokrat, Ədalət və Vətəndaş Həmrəyliyi partiyaları ilə əməkdaşlıq sazişləri bağlayıb, digər partiyalardan isə heç bir cavab verilməyib.

Xəbər lenti

Xəbər lenti