...

KONSTİTUSİYA MƏHKƏMƏSİ ALİ MƏHKƏMƏNİN 30 İŞ ÜZRƏ QƏRARINI QÜVVƏDƏN SALMIŞDIR

Siyasət Materials 14 İyul 2005 16:04 (UTC +04:00)

"8 yanvar 2004-cü il tarixindən etibarən vətəndaşlar Konstitusiya Məhkəməsinə(KM) müraciət etmək hüququ qazandığı vaxtdan indiyədək 4197 şikayət və ərizə daxil olmuşdur ki, bunun 1737-i məhkəmə aktları ilə bağlı şikayətlərdir".

Trend informasiya agentliyi xəbər verir ki, bu haqda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyulun 14-də , media nümayəndələri ilə görüşündə bildirmişdir.

Onun sözlərinə görə, həmin ərizə və şikayətləri araşdırarkən, bunlardan böyük əksəriyyətinin KM -nin predmetinə aid olmadığı aşkarlanmışdır.

"Əgər 2004-cü ilin birinci yarısında KM-ə 1658 şikayət və ərizə daxil olmuşdusa, cari ilin analoji dövründə bu rəqəm 1241-ədək enmişdir ki, bu da əhalinin öz hüquqlarını, eləcə də məhkəmənin səlahiyyətlərini daha yaxşı anlamağa başlaması ilə əlaqədardır",-deyə Fərhad Abdullayev bildirmişdir.

Onun sözlərinə görə, vətəndaşların məhkəmə aktlarından verdiyi şikayətlər üzrə 32 qərar qəbul edilmişdir.

"Hesabat dövründə Konstitusiya Məhkəsi tərəfindən Ali Məhkəmənin 30 qərarının qüvvədən düşməsi barədə qərar çıxarılmış və həmin vətəndaşların şikayəti təmin olunmuşdur.

Qalan iki şikayətlərdən biri Ali Məhkəmənin plenumunda baxılmaq üçün yenidən məhkəməyə göndərilmişdir. Digər iş isə vətəndaşın məhkəməyə müraciət etmək hüququnun pozulması ilə bağlı olmuşdur ki, KM tərəfindən bunula bağlı müvafiq qərar qəbul olunmuşdur",-deyə Fərhad Abdullayev bildirmişdir.

Xəbər lenti

Xəbər lenti