...

ƏLİ İNSANOV: SƏHİYYƏ NAZİRLİYİ LEYLA ŞIXLİNSKAYANIN KLİNİKASININ FƏALİYYƏTİNİ DAVAM ETDİRMƏSİ ÜÇÜN LİSENZİYANIN VAXTINI UZADIB

Siyasət Materials 14 İyul 2005 18:33 (UTC +04:00)
ƏLİ İNSANOV: SƏHİYYƏ NAZİRLİYİ LEYLA ŞIXLİNSKAYANIN KLİNİKASININ FƏALİYYƏTİNİ DAVAM  ETDİRMƏSİ ÜÇÜN LİSENZİYANIN VAXTINI UZADIB

Leyla Şfxlinskaya klinikanın fəaliyyətini ciddi nəzarət altına alıb və qısa müddətdə bütün buraxılan səhvləri aradan qaldırıb. Trend in məlumatına görə, bu barədə iyulun 14-də jurnalistlərə Azərbaycanın səhiyyə naziri Əli İnsanov bəyan edib. Onun sözlərinə görə, buna cavab olaraq Səhiyyə Nazirliyi klinikanın öz fəaliyyətini davam etdirməsi üçün lisenziyanın müddətini uzadıb.

Nazir tam əminliklə bəyan edib ki, bu gün klinika "Səhiyyə Nazirliyi ilə ciddi əməkdaşlığa" başlayıb. "Burada artıq problem yoxdur", -deyə o qeyd edib. Nazir əhalini klinikanın uçotunda olan bütün uşaqların nəzarət altında olduğu barədə əmin edib.

Xatırladaq ki, bundan əvvəl nazir klinikanın ünvanına kəskin ittihamlarla çıxış edərək onu səriştəsiz fəaliyyət göstərməkdə, orada doğulan uşaqlara vaksinlərin düzgün vurulmamasında və analara səhv diaqnozların qoyulmamasında ittiham etmişdi.

L.Şıxlinskayanın klinikasının rəhbərliyi ilə nazir arasında yaranan münaqişə məhkəməyə qədər gedib çıxmış və proses nazirin qələbəsi ilə başa çatmışdı.

Xəbər lenti

Xəbər lenti