...

"YENİ SİYASƏT" QƏZETİ GƏLƏN HƏFTƏ İŞIQ ÜZÜ GÖRƏCƏK

Siyasət Materials 15 İyul 2005 12:58 (UTC +04:00)

İyulun 19-dan "Yeni Siyasət"(YeS) blokunun mətbu orqanı olacaq eyniadlı qəzet işıq üzü görəcək. Bu barədə Trend ə "YeS" blokunun mətbuat xidmətinin rəhbəri Elza Alışova bildirib. Onun sözlərinə görə, hələlik qəzet həftədə bir dəfə - çərşənbə axşamı günləri satışa çıxacaq.

"Bir müddətdən sonra isə "Yeni Siyasət"in dövrülüyü artırılacaq. Yaxın gələcəkdə qəzetin həm də rus dilində çap edilməsi planlaşdırılıb. Qəzetdə təkcə "YeS" bloku təbliğ olunmayacaq. "Yeni Siyasət"in səhifələrində eyni zamanda ölkədəki ictimai-siyasi proseslər də geniş şəkildə işıqlandırılacaq",- deyə Elza Alışova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti