...

SENTYABRDA ŞİMALİ KİPRDƏ AZƏRBAYCANIN TİCARƏT MƏDƏNİ ƏMƏKDAŞLIN MƏRKƏZİ AÇILACAQ

Siyasət Materials 15 İyul 2005 13:56 (UTC +04:00)

Sentyabrın ortalarında Şimali Kipr Türk Respublikasında Ticarət və Mədəni Əməkdaşlıq Mərkəzinin rəsmi açılışı planlaşdırılıb. Bu barədə Şimali Kiprin Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Evran Trend verdiyi ekzkluziv müsahibəsində bildirib.

M.Evranın sözlərinə görə, Lefkoşada Azərbaycanın Ticarət və Mədəni Əməkdaşlıq Mərkəzinin açılışına hazırlıq hələ prezident İlham Əliyevini Şimali Kipr üzrə son bəyanatından əvvəl başlayıb.

"Hazırlıq işləri Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin fəal iştirakı ilə aparılır", -deyən nümayəndəliyin rəhbəri qeyd edib ki, sözügedən mərkəz Lefkoşanın mərkəzi rayonlarından birində fəaliyyət göstərəcək.

Eyni zamanda, Mustafa Evran məlumat verib ki, mərkəzin açılışı mərasimi ilə bağlı Şimali Kiprdə Azərbaycan günlərinin keçiriləcəyi də ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti