...

QHT-LƏRİN FƏALİYYƏTİNƏ DAİR GENİŞ MONİTORİNQ APARILIR

Siyasət Materials 15 İyul 2005 17:46 (UTC +04:00)

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) ölkədə fəaliyyət göstərən QHT-lərə dair geniş hesabat hazırlayır. Bu barədə Trend ə MQF-nin prezidenti Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə dair geniş monitorinq aparılır və bu işlər iyul ayının sonunda başa çatacaq.

A.Quliyev bildirib ki, 900-dən artıq QHT-nin fəaliyyəti araşdırılıb, bütün göstəriciləri təhlil olunub. Monitorinq QHT-lərin fəaliyyəti, onların problemləri, şəffaflığı, dövlət büdcəsinə vergi ödəyib-ödəməməsi və digər məsələləri əhatə edir.

Araşdırmalarda həm MQF-nin mütəxəsisləri iştirak edir, həm də kənardan ekspertlər dəvət olunub. A.Quliyev deyib ki, monitorinqin nəticələri avqust ayında açıqlanacaq. O, əlavə edib ki, MQF-yə 5 yeni QHT üzv qəbul olunub, ümumilikdə isə qurumda 400-ə yaxın QHT birləşir.

Xəbər lenti

Xəbər lenti