...

"İCTİMAİ LİDERLƏR BİRLİYİ" SEÇKİ TAKTİKASINA DAİR LAYİHƏ HAZIRLAYIB

Siyasət Materials 16 İyul 2005 11:36 (UTC +04:00)

"İctimai Liderlər Birliyi"nin parlament seçkisində iştirak edəcək namizədləri və onların seçki dairələri müəyyənləşib. Birliyin üzvü, Milli QHT Forumunun prezidenti Azay Quliyev Trend ə bildirib ki, "İctimai Liderlər Birliyi"nin seçkidə iştirak edəcək 30-dan çox namizədi dəqiqləşib.

Lakin sonrakı mərhələlərdə qurumun 60-dan çox seçki dairəsi üzrə namizədləri olacaq. A.Quliyevin sözlərinə görə, "İctimai Liderlər Birliyi" digər seçki bloklarının üzvlərini, həmçinin heç bir partiya və blokda təmsil olunmayan ayrı-ayrı şəxslərin namizədliyini də dəstəkləyəcək. O, siyasi partiyaların blokları ilə də əməkdaşlığın istisna olunmadığını deyib.

A.Quliyev bildirib ki, "İctimai Liderlər Birliyi"nin qeydiyyata alınması üçün sənədləri iyul ayı ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. İyulun 17-də Birliyin seminarı keçiriləcək, qurumun namizədlərinin seçkidə iştirakı, hazırlığı, seçki taktikası, proqram və konsepsiyaları barədə müzakirələr aparılacaq.

A.Quliyevin sözlərinə görə, seçkinin bütün mərhələlərini əhatə edən, qurumun seçki taktikasını əks etdirən layihə hazırlanıb. Seminarda bu layihə və namizədlərin seçki taktikası təsdiqlənəcək. A.Quliyev onu da əlavə edib ki, "İctimai Liderlər Birliyi" orijinal, fərqli və üstünlüyü ilə seçilən proqram və seçki taktikası hazırlayıb.

Xəbər lenti

Xəbər lenti